Bərdədə 20 yaşlı qızın əli ətçəkən maşında qalıb.
Medicina.az Report-a istinadən xəbər verir ki, hadisə rayonda məcburi köçkünlərin məskunlaşdığı Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin yataqxanasında baş verib.
Belə ki, 1997 -ci il təvəllüdlü Məhərrəmov Ayşən Əbülfət qızının əli ətçəkən maşında qalıb. Onun iki barmağı ciddi əzilib.
Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən A.Məhərrəmovaya tibbi yardım göstərilib.