Şəxs benzin doldurmağa gələrkən ürəyi dayanıb.
Hadisə Yasamal rayonunda qeydə alınıb.
Medicina.az xəbər verir ki, ölkə.az-a verilən məlumata görə, 1965-ci il təvəllüdlü Nuriyev Zəfər Oruc oğlu idarə etdiyi avtomobillə benzin doldurmaq məqsədi ilə yanacaqdoldurma məntəqəsinə daxil olub, ancaq bu zaman ürəkçatışmazlığından dünyasını dəyişib.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomoiya Birliyinin Yasamal Rayon Şöbəsinə təhvil verilib.
Faktla əlaqədar Yasamal rayon prokurorluğunda araşdırmalara başlanılıb.