Belorusiya Səhiyyə Naziri Vladimir Karanikin rəsmi məlumatına görə, bu günə Belorusiyada koronavirusa tutulmuş tibb işçilərinin sayı 301-ə çatdı.
Medicina.az xəbər verir ki, yoluxanların çoxu Minskdədir. Profilini dəyişmiş və koronaviruslu xəstələr üçün ayrılmış xüsusi xəstəxanalarda yoluxma azdır, çünki orda tibb işçiləri daha hazırlıqlı və təmin olunub.
Hər bir yoluxmuş tibb işçisinin yoluxma səbəbləri, mənbəyi araşdırılır. Tibb işçiləri təcrid olunub, özlərini normal hiss edirlər.