Belarusun "Torpedo-BelAz" klubunun 2 futbolçusunda koronavirus aşkarlanıb.
Medicina.az xəbər verir ki, qapıçı Vladimir Buşma və yarımmüdafiəçi Mixail Afanasyevdən götürülən testlərin nəticəsi müsbət çıxıb.
Onlarla yanaşı elita təmsilçisinin daha 2 üzvü - Maksim Bordaçyov və Andrey Xaçaturyanın da virusa yoluxduğu ehtimal olunur.