Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Belinizdə yırtıq olduğunu göstərən 2 simptom - Neyrocərrah

  • 2022.12.15 14:21
  • 2865 Baxış
Belinizdə yırtıq olduğunu göstərən 2 simptom  - Neyrocərrah

Onurğada yırtıq çox zaman gizli başlayır, heç bir simptom vermir.

Bakupost.az xəbər verir ki, neyrocərrah Renat Nurmuhametov yırtıqlarda 2 əsas simptoma diqqət çəkib.

“Onurğada yırtıq nəinki ağırlıq qaldıranlarda, həmçinin oturaq iş və həyat tərzi keçirib, əzələ korpusu zəif olanlarda da yaranır. Onurğada disklərin qan dövranı zəiflədikdə, disklər zədələnir.

Beldə dartıcı ağrı, ayaq və əldə güclü ağrı protruziya və yırtığın ilk əlamətlərindən ola bilir.

Bütün əzələ korpusuna atıcı ağrılar, əl-ayaqlarda keyimə, zəiflik həkimə operativ müraciət üçün əsasdır.
Hər yırtıq heç də əməliyyat edilmir, amma neyrocərrah ilkin baxmalıdır”.

Həkim yırtıq profilaktikası üçün müntəzəm əzələ korpusunu möhkəmlədəcək idman məşqləri etməti və ağırlıq qaldırmamağı tövsiyə edir.

Aygün Musayeva
BakuPost