İnsanın sağlam olub olmamasını bimək və sağlamlıq formulunu hesablamaq üçün alimlər sadə metodu tövsiyə edir.
Bakupost.az xəbər verir ki, Britaniya Milli Sağlamlıq İnstitutunun alimləri bel çevrəsinin ölçüsünü boy uzunluğuna bölünməsi ilə sağlamlıq formulu hesablanır.
Belə ki, insanın bel hissəsində yağ, piy toplanması xroniki xəstəliklər riskini artırır.
Məsələn, belinizin ölçüsü 73 sm-dirsə, boyunuz 165-dirsə, 75-o 165 bölürsüz. nəticə 0,4-0,44 arası dəyişir.
Əgər siz öz rəqəmlərinizi böldükdə, alınan rəqəm 0,5- 0,57 arası və daha yüksək olarsa, insanın sağlamlıq göstəricisi risk altındadır. 0,6-dan yuxarı isə maksimak riskdir.
Belə bölgü zamanı rəqəmi 0,5-dən yuxarı olanlar indidən sağlamlıqlarının qeydinə qalmalı, ürək-damarları yoxlanmalı, şəkər tənzimlənməli, insan arıqlamalıdır.
Alimlər hesab edir ki, bu sağlamlıq kalkulyatoru çox sadə və dəqiqdir.
Aygün Musayeva
BakuPost