Bel çevrəsinin qalınlaşması, piylənməsi və həcminin artması ilə qalın və düz bağırsaq xərçəngi arasında əlaqə var.
“Medicina” xəbər verir ki, həkim proktoloq Vadim Kuluşev bel çevrəsində artıq piylənməyə yol verilməməsinin vacibliyini açıqlayıb.
“Bu birbaşa, sübut olunmuş bağlılıqdır. Bel çevrəsi normanı nə qədər çox aşırsa, bədən kültəsi nə qədər çoxdursa, bu xərçəng növü riski bir o qədər yüksəkdir.
Enli, geniş bel qadınlarda süd vəzi riskini artırır.
Hər 2 kq artıq çəki və hər 2 sm artıq çevrə xərçəng riskini artırır.
Belə bir mif var ki, bel çevrəsinin yağlanmasının səbəbi yağlı qidadır. Amma bu belə deyil. Zərərli qidalanma, oturaq həyat, stress, hormonal pozuntular bu hissəyə təsir edir.
Normalda bel çevrəsi 100 santimetri aşmamalıdır”
Aygün Musayeva