Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Belin enlənməsi demensiyanın ilkin əlamətlərindəndir – ALİMLƏR

  • 2019.12.03 17:57
  • 3276 Baxış
Belin enlənməsi demensiyanın ilkin əlamətlərindəndir –   ALİMLƏR


Bədən çəkisi normal olduğu təqdirdə bel hissəsinin qalınlaşması, enlənməsi və piy yığılması qocalıq demensiyasının olacağı riskini artırır.


Medicina.az xəbər verir ki, Koreya Universitetinin alimləri yeni araşdırmalarının nəticələrində bu qərara gəliblər ki, bel ölçüsündə olan dəyişikliklər beyinlə əlaqədardır.

Onlar 65 yaşından yuxarı 870 min insanın tibbi göstəricilərini analiz ediblər.

Bu adamların hamısı 2009-cu ildə standart çek-aplardan keçib, onların çəkisi, bədən kütlə indeksi, piylənmə dərəcəsi, belinin ölçüsü qeydə alınmışdı.

Məlumatlar göstərdi ki, qocalıq demensiyası çox kiloluluqla yox, məhz bel hissədə piy toxumasının miqdarı ilə əlaqəlidir.
Əgər çəkinin çox hissəsi bədənin ortasında, qarın, bel hissədə toplanıbsa, əqli gerilik pozulmaları riski artır.
Belə ki, bel dairəsi 90-95 sm-i keçən kişi və qadınlarda demensiya riski artmışdı.

Hələ ki, demensiya ilə məhz bel piylənməsinin niyə əlaqəli olduğu məlum deyil.
Ümumiyyətlə, abdominal piylənmə bir çox xəstəliklərin səbəbi və simptomudur.