Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Beli ağrıyan qadınlar ehtiyatlı olsun

  • 2023.10.31 16:06
  • 1144 Baxış
Beli ağrıyan qadınlar ehtiyatlı olsun

40 yaşından sonra qadınlarda menstual pozulma, bel ağrıları, daim yorğunluq hissi uşaqlıq və yumurtalıqlarla ciddi problemdən xəbər verə bilər.

"Medicina"xəbər verir ki, uşaqlq boynu və uşaqlıq xərçəngi dünyada qadınlarda ən çox rast gəlinən növdür.

llk aylarda, illərdə demək olar simptom vermir.

40-50 yaşlı bəzi qadınların menstruasiya dövründəki dəyişiklikləri menopozun yaxınlaşması ilə əlaqələndirə bilər, lakin uzun və ağır dövrlər uşaqlıq yolu xərçənginin inkişafından xəbər verir.


Ona görə bu yaşda qadınlar bel çanaq ağrılarına diqqətli yanaşmalıdır. Çünki uşaqlıqdakı şiş böyüdükcə, onurğa və sinirlərə təzyiq edir.

Qadınlar onurğada yırtıq axtarana qədər iş-işdən keçmiş olur.

Endometrium xərçəngi tez-tez yorğunluq və güc itkisi ilə müşayiət olunur.

Bu şişlərə 60 yaşdan sonra da sıx rast gəlinir.


Aygün Musayeva