Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Belə yatın, qırışlarınız olmayacaq...

  • 2024.07.05 11:00
  • 1302 Baxış
Belə yatın,  qırışlarınız olmayacaq...
Dərimiz ən qiymətli xəzinəmizdir. Bədənimizi əhatə edən dərinin sağlam olması üçün ona yaxşı qulluq etməliyik.

Medicina.az xəbər verir ki, dəri qırışları bu mövzuda ən böyük düşmənimizdir.


Yaxşı, qırışların bir çox səbəbi olsa da, yatmaq vəziyyətinin də təsirli olduğunu bilirdinizmi?

Bəli, yuxu şəkliniz dərinin qırışmasına təsir edə bilər. Yuxu zamanı xüsusilə üzdə alınan mövqe zamanla dəri üzərində müəyyən təsirlərə səbəb ola bilər.

Üzünüzü daim yastığa basıb qarın üstə yatmaq zamanla dəridə qırışlar yaradır.

Yan üstə yatarkən üzünüzün bir hissəsi yastığa basdırılır. Bu, zamanla bu nahiyələrdə qırışlar yaradır. Xüsusilə, yastığın toxuması və dərinin sürtünməsi bu təsiri artıra bilər.





Dərinin qırışmasının qarşısını almaq üçün yatarkən bəzi məqamlara diqqət yetirin:

Arxa üstə yatmaq: Arxa mövqe ümumiyyətlə dərinin qırışmasına ən az təsir edən yuxu mövqeyidir. Bu vəziyyətdə üzünüz daim yastığa basmır və dəriniz sərbəst hərəkət edə bilir.

İncə və yumşaq yastıqdan istifadə: Dərinizi qorumaq üçün nazik və yumşaq yastıqdan istifadə edin. Sərt və ya qalın yastıqlar üzünüzdə sürtünmə və təzyiq yarada bilər.

Yastıq örtüyü seçimi: Yastıq örtüyünün dərinizə uyğun yumşaq və hamar bir materialdan olması vacibdir. Bundan əlavə, mütəmadi olaraq təmizlənməlidir.

Üz üstə yatmaqdan çəkinin: Qarın üstə yatmaq üzdə daimi təzyiq və sürtünməyə səbəb olur ki, bu da qırışlar yaradır. Bu pozisiyadan mümkün qədər qaçmaq tövsiyə olunur.


Aygün Nəbiyeva
Medicina.az