Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Belə şəxslərin yanında nəfəs də almaq olmur... - Həmişə qulaqcıqla gəzirlər

  • 2018.11.27 15:13
  • 12571 Baxış
Belə şəxslərin yanında nəfəs də almaq olmur... -  Həmişə qulaqcıqla gəzirlər
Misofoniya "səsdən nifrət etmə", aşağı templi səsdən xoşu gəlməməkdir. 


Dırnaq tutma, diş fırçalama, yemək yemə, nəfəs alma, iyləmə, danışma, asqırma, əsnəmə, yerimə, saqqız çeynəmə, gülmə, xoruldama, fit, televizor və ya öksürək kimi bir çox adi səslər misofoniya xəstələrinin ən çox rahatsız olduqları səs tonlarıdır. 


Medicina.az xəbər verir ki, bu narahatlığın səbəbi hələ tam aydınlaşdırılmasa da, dünya əhalisinin 4-5%-də rast gəlinir. Misofoniya səslərə qarşı selektiv həssaslıqdır. Bu hal zamanı insan bəzi səslərə neqativ reaksiya verir.


Səs eşidən zaman insanın qanına adrenalin ifraz olunur ki, o, enerji axını hiss edir. Bu isə ürəkdöyünmə, tənəffüsün tezləşməsi, güclü gərginlik, bədən temperaturunun qalxması, tərləmə və əsmə ilə müşayiət olunur.  


Səsə qıcıq olanlardan biri də 28 yaşlı Marqo Noeldir. Alma yeyərkən xırçıltı səsi eşidilir ki, 28 yaşlı Marqoda bu səs qıcıq yaradır. 


"Qulaqlarımı bağlayaraq yaşamağa məcburam. Bütün bu səsləri sakitcə dinləyə bilmirəm. Güclü stress keçirirəm və nəticədə də təlaş yaranır. Bütün bədənimlə təhlükə hiss edirəm. Mən ya həmin yerdən çıxıb getməliyəm, ya da özümü müdafiə etməliyəm. Hər zaman qulaqcıqla gəzirəm ” - deyə Marqo bildirir. 


Onda həmçinin çips xırçıltısı, pıçıltı, diyircəkli qələmin səsi, klaviatura səsi və əl barmaqlarının şaqqıtısından də mənfi emosiya yaranır. 


Marqonun söylədiklərinə görə, uşaqlıqda qardaşı dilini şappıldadaraq qəsdən onu qıcıqlandırırmış. 


Marqonun xəstəliyi hələ uşaq yaşlarından özünü büruzə versə də, onun bu narahatlığı ancaq 3 il bundan əvvəl təsdiqlənib. 

 

Arzu

Medicina.az