Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Beldəki yırtıqlar öz-özünə kiçilə bilərmi? - Həkimdən cavab

  • 2022.05.16 14:21
  • 2846 Baxış
Beldəki yırtıqlar öz-özünə kiçilə bilərmi?  -  Həkimdən cavab

"Bel yırtıqlarının müalicəsində sinir sıxılmasının dərəcəsi və onunla bağlı nevroloji simptomlar önəmlidir".

Medicina.az xəbər verir ki, tanınmış reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat Pərvin Əkbərov bu barədə məlumat verib.

Həkimin sözlərinə görə, bəzi pasiyentlərdə yırtıq ölçüsü nisbətən balaca olur, amma yerləşməsi və sinir sıxılması güclü olur. Əlavə olaraq, sinir keçən onurğa beyin kanalı dar ola bilər ki, bu zaman simptomlar daha şiddətli olur. Eyni zamanda, nisbətən böyük yırtığı olan pasiyent bəzən az şikayətlərlə müraciət edir. Nəhayət, ağrı duyğusu da fərdi və dəyişən bir hissiyyatdır:

"Yırtıqların ölçülərinin azalması ilə bağlı sual tez-tez verilən suallardan biridir. Bizim öz təcrübəmizdən və dünyada aparılan müşahidələr əsasında qeyd etmək olur ki, düzgün müalicə və reabilitasiya alan pasiyentlərin çoxunda yırtığın ölçüləri azala bilər. Adətən, ağrıların kəskin dövründə müalicənin məqsədi sinir sıxılması, iltihablaşma və s. şikayətlərin aradan gotürulməsi və ya azalmasıdır. Zaman keçdikcə yırtığın ölçüləri azala bilər, bu da adətən 6-12 aydan tez olmur". /publika.az/