Beldə onurğa sütunu fəqərələrarası yırtıqlar dünya əhalisi arasında ən çox yayılmış xəstəliklərdən biridir.
Yırtıq – onurğa fəqərələri arasında əmələ gəlmiş fibroz törəmə olub, onurğadan kənara çıxır.
Medicina.az xəbər verir ki, hazırda Azərbaycanda bel ağrılarının əsas səbəblərindən biri olan yırtıqlarda ağrı daha çox fiziki aktivlik və yük zamanı artır. Onurğa sütununa yük, təzyiq artdıqca, yırtıqlar daha çox qabarır və ətraf sinirləri sıxır.
Bəzi hallarda bu patologiya irəli gedərək, radikulopatiya və mielopatiyaya çevrilir ki, bu zaman artıq xəstənin gündəlik həyat keyfiyyəti aşağı düşür və o ağrılarına əsirinə çevrilir.
Bu mərhələyə gəlib çatmamaq üçün ilk simptomlardan, ilk ağrı siqnalını hiss etdikdə, dərhal həkimə getmək lazımdır.
Fəqərələrarası yırtıqlar çanaqdan tutmuş boyuna kimi onurğa boyu istənilən hissədə lokalizə oluna bilər, amma daha çox bel hissədə, əsas 5 fəqərənin olduğu yerdə çıxır.
Daha çox 4-5-ci fəqərədə yaranır. Bu yırtıqlar kişilərdə 35-55 yaş arası çox diaqnoz olunur.
Səbəbləri:
Orqanizmdə gedən metobolik pozulmalar nəticəsində fərəqərələrarası disklərin elastikliyinin itməsi, oturaq həyat tərzi, onurğaya normadan artıq yük və travma nəticəsində fəqərələrin yerindən sürüşməsi, birləşdirici plastinin zədələnməsi, diskin bir hissəsinin onurğa sütunundan kənara çıxması nəticəsində fibroz halqanın yaranması. Eləcə də anadangəlmə onurğa problemləri, skolioz, anatomik quruluş, bir çox iltihabi proseslər də fəqərəarası diski zədələyir.
Ağır mərhələdə fəqərədən çölə çıxmış nüvə onurğa beyin mayesinə təzyiq göstərdiyindən, xəstəlik motor və sensor defisit yaradır, bir çox nevroloji pozuntulara səbəb olub, xəstəni əlilliyə kimi aparır.
Əlamətləri:
Kiçik yırtıqlar ilk əvvəllər o qədər simptomsuz inkişaf edir ki, heç bir ciddi əlamət göstərmir. Ona görə həkimlər bildirir ki, bir insanın beli ağrımasa belə ildə 1 dəfə onurğa sütunu müayinə olunmalıdır.
Əzələ tonusu artır. Yerişdə, hərəkətdə məhdudlaşmalar yaranır, ayağı yuxarı qaldıran zaman ağrı olur, beli tam əyə bilmir, beli yana 90 dərəcə fırlada bilmir.
Hara getməli?
Düzgün diaqnostika üçün bir sıra bahalı prosedurlardan keçməli olacaqsız. Yırtıq diaqnostikası və müalicəsi ilə nevroloq məşğul olur.
O, sizi müayinə edib, rentgen və ya MRT-ə yönləndirəcək.
Bel nahiyəsinin müalicəsi üçün iltihab əleyhinə dərmanlar, ağrıkəcililər, fizioterapiya, manual terapiya, xüsusi idman təyin edilir. Eləcə də korset məsləhət görülə bilər.
Bir çoxları onurğa yırtığı zamanı yanlış olaraq üzgüçülüyə gedir. Çox hallarda üzgüçülük əksinə iltihabı və ağrını artırır. Həkimsiz üzgüçülüyü çıxış yolu seçmək olmaz.
Bakıda Onurğa yırtıqları zamanı ağrıların birbaşa blok olunması və əməliyyatsız müalicəsi üçün Ağrı mərkəzinə, professional alqolola müraciət edə bilərsiz.
Əgər əməliyyatsız mülaicə şansı varsa, həkimin dediklərinə əməl etməklə, uzun müddət ağrısız yaşaya bilərsiz. Yırtığın yerləşməsi, sinirləri sıxmasından asılı olaraq hətta əməliyyat məsləhət görülə bilər.
Ağrı Mərkəzi
050 346 47 72