Belçikanın Xarici işlər naziri Sofi Vilmes koronavirusa yoluxub.
Medicina.az xəbər verir ki, nazir bunu tvitter səhifəsində yazıb.
Vilmes bildirib ki, COVİD-19-a görə verdiyi testin nəticəsi müsbət olub. O, ailəsinin çevrəsindəkilərdən yoluxduğunu ehtimal edib. Nazir özünü təcrid etdiyini də yazıb.
Qeyd edək ki, Sofi Vilmes oktyabrın 12-də Avropa İttifaqına üzv dövlətlərin XİN başçıları Şurasının toplantısında iştirak edib.