Belçikada bu ildən ilk dəfə ölümcül xəstəliyə tutulmuş uşaqlara da inyeksiya olunması baş tutdu. Bu ölkə dünyada yeganə ölkədir ki, yetkinlik yaşına çatmayan insanların könüllü olaraq o dünyaya getməsini rəsmiləşdirir və qanunla dəstəkləyir.
Medicina.az xəbər verir ki, beyin şişi və mukovisçidoz xəstəliyindən əziyyət çəkən 9 və 12 yaşlı uşaqlara "ölüm inyeksiyası” olunub. Həmçinin 17 yaşlı əzələ distrofiyasından əziyyət çəkən oğlana da evtanaziya edilib.
2014-cü ildən Belçika qanunvericilinə olunan əlavədə həkimlərə bu proseduru pasiyentin yaşından asılı olmayaraq həyata keçirmələrinə rəsmən icazə verilib. Təbii ki, uşaq olsa da pasiyent özü və valideynləri könüllü olaraq bu qərarı verməlidir.
Uşaq evtanaziyasının tərəfdarları hesab edir ki, azyaşlı uşaq öz iradəsinə əks olaraq ağır və müalicəsi mümkün olmayan xəstəliyin ağrısına dözməli deyil.
Evtanaziya öncəsi həkimlər əmin olmalıdır ki, uşaq çıxılmaz, ümidsiz vəziyyətdədir və daimi, dəhşətli ağrılar, əzablar keçirir. Artıq dərmanla belə yüngülləşməyən ağrılara ölənə kimi dözmək vacib deyil. Bu zaman uşaq və valideynləri raziliq məktubu imzalayır. Amma razilıqdan sonra uşaq psixiatrı uşağı müayinə edərək əmin olmalıdır ki, qərar müdaxilə və məcburiyyətdən verilməyib.
162 uşaq pediatrının da dəstəklədiyi bu metod uşaqları xəstəliklə əlaqədar ölümdən öncəki dəhşətli fiziki ağrı, qorxu və həyəcanı aradan qaldırır. Bu günkü gün belə durumda qalan insanlar üçün bundan obyektiv və gerçək çıxış yolu görmürük.