Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Belarus “Sputnik V” peyvəndinin istehsalına başlayacaq

  • 2021.03.08 08:56
  • 1692 Baxış
Belarus “Sputnik V” peyvəndinin istehsalına başlayacaq


Belarus Respublikası 30-31 mart tarixlərində koronavirus əleyhinə “Sputnik V” peyvəndinin istehsalına başlayacaq.

Medicina.az xəbər verir ki, bu barədə Belarus Səhiyyə nazirinin müavini Dmitri Çeredniçenko “ONT TV” kanalına müsahibəsində bildirib.

Nazir müavini qeyd edib ki, fevralın 26-da ilk partiya (15 min ampula) buraxılıb: “Hazırda Rusiyanın Qamaleya adına İnstitutunda peyvəndin effektivlik dərəcəsi yoxlanılır. Mart ayında 500 min doza istehsalı planlaşdırılır”.