Belarus Azərbaycanda dərman istehsalına başlamağı planlaşdırır.
Medicina.az xəbər verir ki, bu sözləri Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç deyib. Gələcəkdə Azərbaycanda onkologiyaya dair dərmanlar da daxil olmaqla dava-dərman istehsalı yaratmağı nəzərdə tutduqlarını bildirən G.Ahramoviç bunun müqabilində Azərbaycanın da Belarusda öz konyak və şərablarının qablaşdırılması müəssisəsi yaratmaq, sonra da həmin məhsullarının həm Belarusda, həm də qonşu ölkələrdə satışını təşkil etmək niyyətində olduğunu diqqətə çatdırıb.