Bel ağrısının yalnız 3%-i əməliyyat edilməsi lazım olan bel yırtıqlarından qaynaqlanır.
Medicina.az saglamolun-a istinadən xəbər verir ki, Buna görə ilk tövsiyə olunan yataq istirahəti və həkim müayinəsi
nəticələrinə görə ağrıkəsici və əzələ yumşaldıcı preparatlardan istifadə
olunmasıdır. Bu tədbirlərə baxmayaraq ayaqlarda ağrı, ayaqlarda
uyuşmazlıq və əzələ zəifliyi keçmirsə bel yırtığının həlli əməliyyatdır!
Xəstəyə tətbiq olunacaq müalicə xəstəliyin mərhələsindən
asılıdır. Müayinə nəticələrinə görə həkim bel yırtığında hansı müalicə
növünü tətbiq edəcəyini dəqiqləşdirir.
Başlanğıc mərhələsi
Bel yırtığının müalicəsi herniyanın, yəni
disk yırtığının ayağa gedən sinirlərə etdiyi təzyiqin dərəcəsindən
asılıdır. Sadəcə bel və ayaq ağrısı varsa, heç bir uyuşma, heç bir güc
itkisi, hərəkət məhdudiyyəti yoxdursa, bel yırtığının başlanğıc
mərhələsi deməkdir.
Bu vəziyyətdə xəstəyə əzələ yumşaldıcı dərmanlar, yataq rejimi və
beli gücə salacaq hərəkətlərdən qaçınması məsləhət görülür. Xəstəyə
veriləcək tövsiyələr aşağıdakılardır:
- Xəstə iki kiloqramdan artıq olan ağırlığı qaldırmamalıdır!(bu çəki individualdır)
- Ön və yanlara doğru əyilmək, belin bükülməsi qadağandır! Yerdən
bir şey qaldırılması lazımdırsa xəstəyə oturub qaldırılması məsləhət
görülür.
- Xəstələr oturduqda bel boşluğunu ləğv etmək üçün ora yastıq
qoyması və fasiləsis iyirmi dəqiqədən çox oturmaması məsləhət görülür.
Xəstə işinə görə uzun müddət oturmaq məcburiyyətindədirsə, ona hər 20
dəqiqədən bir gəzmək məsləhət görülür.
- Xəstənin yuxarıya doğru dartınması qadağandır! Əgər yuxarıdan
bir şey alması lazımdırsa stul və ya bir nərdivana çıxıb alması məsləhət
görülür.
- Xəstə belini həmişə isti saxlamalı, açıq pəncərənin və ya ventilyasiyanın qarşısında durmaması tövsiyə olunur.
- Bel və ayaq ağrısı olan xəstələr stresdən qaçmalıdırlar. Stress
ağrının artmasına və lomber disk hernisinin artmasına səbəb ola bilər.
- Xəstəyə evdə qaldığı zaman yataq istirahəti tövsiyə olunur. Çox
sərt yataqlar daha çox zərərlidir. Keyfiyyətli yaylı yataqda və
xəstənin ən rahat vəziyyətində yatması yaxşıdır.
Bel yırtığının irəliləmiş mərhələsi
Əgər yuxarıdakı
tövsiyələr, istirahət və əzələ yumşaldıcı dərmanlara baxmayaraq xəstənin
şikayətləri davam edərsə fizioterapiya istifadə edilə bilər.
Fizioterapiya bir mütəxəssisin nəzarəti altında olmalıdır. Fizioterapiya
əsnasında ilk bir neçə gün ağrılarda artma ola bilər, amma xəstə
fizioterapiya mütəxəssisinin təklif etdiyi müddət ərzində müalicəyə
davam etməlidir.
Əməliyyat tələb edən vəziyyətlər
- Fizik müalicəyə baxmayaraq xəstənin ağrıları davam edirsə
- Geri dönməyən bir güc itkisi varsa
- Ayaqda incəlmə
- Sidik tuta bilməmə varsa
- Dözülməz ağrılar mövcuddursa
- MRT şəkilərində diskdən bir parça qopduğu təsbit edilibsə həll cərrahi müdaxilədir
Əməliyyatla onurğa beynindən çıxan sinirlərə olan mexaniki sıxılma aradan qaldırılır.
Əməliyyat edilmədikdə və sinirin sıxılması davam edərsə, xəstə
sidik saxlamama, cinsi gücün itkisi və ayaqların zəifliyi kimi
problemlər yarana bilər.