Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bel və onurğa ağrısını kəsən effektiv məşq

  • 2023.06.21 18:54
  • 1254 Baxış
Bel və onurğa ağrısını kəsən    effektiv məşq
Əksəriyyətimiz bütün günü ayaq üstə, bəzən isə əksinə, oturaq işdə, kompüter başında keçiririk.

Belə bir rejim sağlamlığa mənfi təsir göstərir, osteoxondroz, burulma, yırtıq və digər fəsadlarla nəticələnə bilər. Belə problemlərin qarşısını almaq üçün təcili olaraq ayaqlarımızı yuxarı qaldırmalıyıq, uzanaraq, ayaqları divara söykəmək şərti ilə.


Məşq bel ağrısı, yorğunluq və ayaqların şişməsi problemlərində kömək edir.

“Medicina” xəbər verir ki, reablitoloq Mariya Krestovnikovun sözlərinə görə, bu məşq uzanan vəziyyətdə həyata keçirilir. Divara olan məsafə fərdi olaraq tənzimlənir. Bədən tamamilə rahatlaşır. 2 dəqiqədən 4 dəqiqəyə qədər bu vəziyyətdə qalmaq kifayət edir.

Bu məşqin üstünlüyü ondan ibarətdir ki:

• qan axını bərpa olunur
• ayaqlarda ödem azalır
• fəqərələrarası dartınma yolu ilə rahatlaşma baş verir
• stressi aradan qaldırır.

Gündə 1-2 dəfə məşq edə bilərsiniz. Daha çox təsirli olmaq üçün gözlərinizi bağlamaq və diafraqmatik nəfəslə dərindən nəfəs almaq tövsiyə olunur.

Aygün Musayeva