Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bel çevrəsi 100 sm-ə çatan kişilərdə sonsuzluq olur

  • 2023.12.29 16:08
  • 1562 Baxış
 Bel çevrəsi 100 sm-ə çatan kişilərdə    sonsuzluq olur

Qadın və kişilərdə reproduktiv problemlər bel çevrəsinin artması ilə əlaqədar olur.

“Medicina” xəbər verir ki, reproduktoloq Vladimir Litvinov enli belə sahib qadınların hamilə qalma şansının azaldığını bildirib.


Alimlərin araşdırmasına görə, bu əlaqənin gözlənilməz səbəbləri üzə çıxıb

“Bel çevrəsinin piylənməsi artıq çəki deməkdir. Bu isə metobolik pozulmadır.

Hər bir həkim bilir ki, artıq çəkili qadınların hamilə qalması, sağlam doğuşu çətin olur. Metobolik sindrom hormonal sistemin də pozulduğunu göstərir. Bu zaman embrionlar aşağı keyfiyyətdə alınır.

Hətta süni mayalanmaya da çəkisi 100 kq olan qadınlar götürülmür.

Amma son elmi nəticələr göstərdi ki, bu problem təkcə qadınlara aid deyil.

Kişilərdə də eyni problemdir. Belə ki, bel çevrəsi 95 sm-dən çox olan kişilərdə testosteron aşağı olur. Və onlarda da ikincili sonsuzluq yaranır”.

Aygün Musayeva