Hər ailə quran cütlük övlad sahibi olmaq istəyir. Bəzi ailələrdə hamiləlik tez baş tutsa da bəzilərində müəyyən səbəblərdən ötrü alınmır. Bu zaman isə əksər qadınlar ya həkimə müraciət edir, ya da bəzi ara sözləri dinləyərək tibdənkənar üsullara əl atırlar.
Belə üsullardan biri isə əksər qadınların üz tutduğu bel çəkmədir. Bəzi evliliklərdə hətta qayınanalar gəlinləri bel çəkdirməyə məcbur edirlər. Bu üsulla tez bir zamanda qadının hamilə qalacağı düşünülür.
Bəs bunun elmi əsası varmı?
Mövzu ilə bağlı Medicina.az-a açıqlama verən ginekoloq Ləman Əkbərova belə müalicə üsulunun heç bir effektinin olmadığını bildirib:
"Çünki belə diaqnoz tibdə yoxdur. Heç bir əsası olmadan durduq yerdə qadının belinin çəkilməyi yanlışdır. Qadın boş yerə vaxtını itirir. Lazımi olan müalicənin vaxtını gecikdirir. Belə ara həkimlərin tibdən, qadın anatomiyası və fiziologiyasından heç bir xəbəri yoxdur”.
Mütəxəssis qadınların evliliyinin ilk 1-2 ayında hamilə qalmayan kimi müalicəyə başlamalarını da düzgün hesab etmir.
Bəs qadın nə zaman həkimə müraciət etməlidir?
Ginekoloq hansısa sağlamlıqla bağlı problemi olmayan qadının ilk 1 il gözləməli olduğunu vurğulayıb:
"Uşaqlığında problemi olmayan, gənc qadınlar ilk 6 ay və 1 il gözləyə bilərlər. Bədən bu zaman ərzində özünü yeniləyir. Hamilə qalmamaq normal sayıla bilər.
Dəfələrlə cinsi münasibətdə olduğu təqdirdə bir il ərzində heç hamiləlik olmayıbsa bu zaman sonsuzluğu düşünmək olar.
Əgər yaş 35-dən yuxarıdırsa və ya hansısa problemi varsa bu zaman vaxt itirmədən həkimə müraciət edilə bilər. Diaqnoza əsasən də müalicə başlaya bilər”.
Ləman doktor bəzi həkimlərin də yanlış diaqnoz qoyduğunu bildirib.
"Normal olaraq qadınların çoxunda uşaqlıq önə doğru əyri olur. Qadınlar beləliklə asanlıqla hamilə qalırlar. Bu tamamilə normal haldır.
Bəzi həkimlər uşaq olmamağın səbəbini uşaqlığın əyilməsində görürlər. Uşaqlığın əyilməsi sonsuzluğun səbəbi sayılmır. Tibdə fiksə olunmuş əyriliklər deyilən termin var ki,bu zaman uşaqlığın əyriliyi sonsuzluğun səbəbi sayıla bilər. Fiksə olunmuş dediyimiz əyriliklər boruların tutulmasına gətirib çıxara bilər. Bu zaman da yumurta hüceyrəsi boruya düşə bilmir.
Ancaq əsas olaraq qarın boşluğunda olan bitişmələr və ya uşaqlığın divarında olan hansısa törəmə sonsuzluğun əsas səbəbi sayılır.
Buradan görə bilərik ki, uşaqlığın əyriliyi sonsuzluğun səbəbi deyil, sonsuzluğa səbəb olan faktorun nəticəsidir”, - deyə Əkbərova qeyd edib.
Şəhanə Quliyeva
Mende belimi tezelikde cekdirmisem.insallahki hamile qalaram.1 ci usagim oldu,2 ci usaga 10 ildi qala bilmirem.mualicelerin xeyri olmuyub.umudim bel cekmeyedir
Həkimlərin boş boş müalicəsinə inanmayın2 dəfə 200₼ müalicə almışam heç bir xeyri yoxdur soyuqdəymə var deyillər. Bu dəfə belimi çəkdirəcəm inşAllah həkimlərə boş yerə pul verməyə dəyməz. Vaxt və pul itkisi ancaq
Mənim fikrimcə həkim düz deyir bel çəkmək zad hamsı boşdu 1 ildi evliyəm uşağım yoxdu hamı deyir amma etmək fikrim yoxdu elə ondansa həkimə gedərəm ən azından savadlıdır yoxsa belə çəkdirmək nədi axı heç düzgün deyil mənə görə nədə inanmıram xeyri ola ömür boyu uşağsız qalım amma lazım deyil elə elmdən uzağ işlər
Mende yeni çektirmişem İnşəAllah bu ay qalaram uşaqa. Allahın kömeklikiyle.
Men 10 ildi evliyem helede mualice edirem nece ildi deyirler cekdir cekdirmirdim qorxurdum ama bu hefde gedecem insallah usaga qalaram
Mən 1cidə belimi cəkdim uşağa qaldım həmən gündə qaldım sabahda gedib belim cəkdirəcəm işallah gələy ay qala biləcəm uşağa
Her şey Allahın əlindədir və o ne zaman qismət ederse o vaxt olar geride qalan her şey boşdu
Gencede yaxşı bel çeken taniyan var
Tib çöpqakmanida təsdiqləmir 800 azn uşağa pul tökdük qizdirma yenmirdi 20 gün uşağı dolandirdiq axirda bir defe üfletmekle uşaq oldu anadangəlmə..Etrafımda bel çəkdirib o qeder qalanlar taniyiramki..
Şirvan şeherinde bel ceken taniyan varsa mene nomresin ataridda
Mende 3defe usax dusb belim cekdrsem dusmez gören xeri olar
Salam gencede bel ceken varsa zehmet olmasa nömrəsini mene yazardınız
Həkimlərin yaman da xeyiri dəyir axı adama. Hamınız pul tələsisiniz. Firma dərmanlarını yazıb göndərirsiz. O qədər əlacsız xəstə gəlir ki, yanınıza , heç xəstənin adını dərdini bilmirsiz. Yazıqlar hər gələndə dərdini başdan danışır sizə.
Eslinde bel cekdirib qalanlar var
Men bir dəfə belimi çəkdirdim helə o ayda hamile qaldım amma 2aylıq inkişafdan qaldı indi yenə belimi çəkdirdim görək bu ay necə olacaq Allahdan xeyirlisi