Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bel ağrısı ilə böyrək xərçənginin əlaqəsi

  • 2023.07.25 20:15
  • 1065 Baxış
Bel ağrısı ilə böyrək xərçənginin əlaqəsi
Uzun müddət davam edən bel ağrısı böyrək xərçənginin əlaməti ola bilər.


“Medicina” xəbər verir ki, onkoloq Aleksandr Seryakovun sözlərinə görə, böyrək xərçəngi, DNT-yə təsir edən mutasiyalar meydana gəldikdə inkişaf etməyə başlayır.

“Belə mutasiyalar nəticəsində hüceyrələrin nəzarətsiz bölünüb çoxalması baş verir və onlardan şiş əmələ gəlir. Böyrək hüceyrələrinin bədxassəli dəyişikliklərə məruz qalmasının səbəbləri dəqiq məlum deyil.

Ancaq böyrək xərçəngi kimi bir xəstəliyə həssaslığı artıran amillər var:

• siqaret
• artıq bədən yağları
• xroniki böyrək çatışmazlığı
• irsi genetik


Simptomlar şiş böyüdükdə və ölçüsü artdıqda görünməyə başlayır. Bel və ya yan nahiyədə uzun müddətli ağrılar böyrək xərçənginin əlaməti ola bilər.

Belə bir narahatlıq və ya ağrı baş verdikdə, digər əlamətlərin varlığını izləmək lazımdır:

• sidikdə qan
• səbəbsiz kilo itkisi
• daimi yorğunluq
• yüksək bədən istiliyi.


Bu simptomlardan hər hansı biri bədəndə patoloji prosesin əlaməti ola bilər”.

Günay Quluzadə