Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bel ağrılarının 4 əsas səbəbi - Həkim onurğa ağrılarından danışdı

  • 2023.04.04 15:26
  • 2511 Baxış
Bel ağrılarının 4 əsas səbəbi   - Həkim onurğa ağrılarından danışdı
Bir çox bel ağrıları heç də həmişə yırtıq və onurğa sütunu ilə əlaqəli olmur. Xəstələr ağrıya dözməyərək dərhal MRT və KT-ə üz tutur. Amma həkimlər onurğada bir problem olmadığını deyir.


“Medicina”az-a açıqlamasında nevroloq Babək Aslanov bildirdi ki, onurğa ilə əlaqəli bel ağrılarına müxtəlif səbəblər ola bilər.

Daxili orqanların ürəyin, ağciyər, mədə, öd kisəsi, mədəaltı vəzi, bağırsaqlar, böyrəklər, qadın və ya kişi cinsiyyət orqanlarındakı bəzi xəstəlikləri beldə, onurğada olan ağrılarla müşayət oluna bilər.

Bundan əlavə sinir sisteminin, əzələlərin bəzi xəstəlikləri - hipremenialgiya, poliniazit beldə olan ağrılarla əlaqəlidir. Lakin bunlar onurğa ilə əlaqəli deyil.

Onurğa ilə əlaqəli bel ağrılarını 3 böyük qrupa ayırmaq olar.

Spesfik bel ağrısı və ya ikincili bel ağrıları – konkret bir xəstəlik səbəbindən bel ağrıya bilər. İlk növbədə onkoloji proseslər istər onurğanın özündə olan onkoloji proseslər , istər digər orqanlardan onurğaya təsir edən ,metastaz verən xəstəliklər aiddir.

Spesfik bel ağrılarını ikinci bir növü iltihabi xəstəliklərdir. Bu iltihabi xəstəliklə həm infeksion mənşəli ( vərəm mənşəli spondilit), həm də automun mənşəli xəstəliklər ola bilər.

Spesifik bel ağrılarının üçüncü növü isə travmalarla əlaqəlidir. Yəni onurğadakı fəqərələrin cismi, qövsü, yaxud çıxıntılarının sınığı ilə baş verə bilər. Bu sınıqların həm mexaniki həm də spontan sınığı problemi olur. Bəzi patoloji hallarda fəqərələrin möhkəmliyi zəifliyir.

Belə spesfik bel ağrılarının təxminən 4 faizini təşkil edir.

Bel ağrılarını böyük bir qrupu isə radikulopatiya adlanır. Adından da göründüyü kimi radik - sinir kökünün zədələnməsi deməkdir. Bu da sinir kökündə mexaniki sıxılma nəticəsində baş verir. Hamının bildiyi fəqərəarası disk yırtığı xəstəliyidir. Bu zaman beldən əlavə həmin sinir boyu ağrılar, keyimə, əzələlərin gücünün zəifləməyi, əzələlərdə atrofiya yəni, əzələlərdə arıqlama, əzələ həcminin kiçilməsi baş verir.

Radikulopatiyalar təxminən bel ağrılarının 6 – 10 faizi təşkil edir. Yerdə qalan 85 -90 % - ni isə qeyri – spesfik bel ağrılarıdır.

Yuxarıda sadaladığımız iltihab, travma, onkoloji proses, fəqərəarası disk yırtığı yoxdur. Sadəcə onurğanın qurluşunda fəqərələr, fəqərəarası disklər, fəqərələrarası oynaqlar, bağlar,onurğanın ətrafında olan əzələlərdə müyyən dəyişikliklər getdiyi üçün baş verir.

Onurğanın əyrilikləri – kifoz, lardoz, skolioz, onurğada olan anomaliyalar onurğanın patalogiyaları sırasına daxildir.
Növbəti bir səbəb dayaq - hərəkət sisiteminin problemləri, yəni çanaq və çanaqdan aşağı olan problemlər aiddir. Bura ayaqların ölçülərində olan fərq, çanağın assimmetriyası, artrozlar, yastı pəncəlik, nə zamansa keçirilmiş sınıqlar nəticəsində onurğaya yükləmə düşür. Bu da ağrıların yaranmasına səbəb olur.

Növbəti bir səbəb uzunmüddət eyni qaydada işləmək, oturmaq yaxud ayaq üstə durmaq, başı aşağı işləmək (yazmaq, dərzi işi və.s), planşet və ya telefonda işləyərkən, yaxud oynayarkən boyun əzələsini irəli verərək eyni istiqamətdə qalmaq kimi adət etdiyimiz hərəkətlər onurğadakı ağrılara səbəb olur. Bir çox psixoloji probemlər də onurğada ağrılara səbəb ola bilir.

Nəticədə qeyri – spesfik ağrıların təzahür formalarından miyopatik əzələ qrupları və ya konkret bir əzələnin tonusu artır.

Əzələ yığılmış vəziyyətdə olur, bir az şişkinləşir və ağrı verir. Hamımızın bildiyi qulunc ağrıları baş verir. Əks tərəflə müqayisədə əzələ bir az qabarmış formada görsənir. Həm əlimizlə əzələni yoxladıqda ağrı hiss edirik. Həm də müəyyən hərəkətlər zamanı spontan ağrı baş verir.

Günay Quliyeva