Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bəhram Bağırzadənin vəziyyətində cüzi yenilik - Həkimdən açıqlama

  • 2020.06.19 11:14
  • 19380 Baxış
Bəhram Bağırzadənin vəziyyətində cüzi yenilik   - Həkimdən açıqlama

Gömrük Hospitalında ECMO cihazına qoşulan Əməkdar artist Bəhram Bağırzadənin vəziyyəti ağır stabil kritik olaraq qalır.

Bu barədə "BakuPost"a Hospital rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev məlumat verib. "
Müəyyən labarator və reneloji göstəricilərdə cüzi yaxşılaşma qeyd edilir. Ancaq təkrar edirəm ki, ümumi vəziyyəti stabil kritik ağırdır".

Xatırladaq ki, B.Bağırzadə vəziyyətinin kəskin pisləşməsi səbəbindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Ağciyər toxumasının 90 faizindən çoxunun zədələnməsi səbəbindən EKMO cihazına qoşulub.
Məlumat üçün qeyd edək ki, ECMO ekstrakorporal membran oksigenləşmə cihazıdır. Cihaz ağciyər və ürəyin funksiyalarını 2-3 həftə əvəz etmə qabiliyyətinə malik olduğundan həkimlərə müalicə prosesində vaxt qazanmağa imkan verir.