Gömrük Hospitalında ECMO cihazına qoşulan Əməkdar artist Bəhram Bağırzadənin vəziyyəti ağır stabil kritik olaraq qalır.
Bu barədə "BakuPost"a Hospital rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev məlumat verib.Həkimin sözlərinə görə, Əməkdar artistin səhhətində heç bir dəyişiklik yoxdur.
Xatırladaq ki, B.Bağırzadə vəziyyətinin kəskin pisləşməsi səbəbindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Ağciyər toxumasının 90 faizindən çoxunun zədələnməsi səbəbindən EKMO cihazına qoşulub.
Ötən həftənin sonunda B.Musayev müəyyən labarator və rentgeloji göstəricilərdə cüzi yaxşılaşma qeyd edildiyini bildirmişdi.
Məlumat üçün qeyd edək ki, ECMO ekstrakorporal membran oksigenləşmə cihazıdır. Cihaz ağciyər və ürəyin funksiyalarını 2-3 həftə əvəz etmə qabiliyyətinə malik olduğundan həkimlərə müalicə prosesində vaxt qazanmağa imkan verir.