Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bəhram Bağırzadənin vəziyyəti ağırdır - Xanımı açıqladı

  • 2020.06.14 16:47
  • 9989 Baxış
Bəhram Bağırzadənin vəziyyəti ağırdır -  Xanımı açıqladı

Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirusa yoluxub.

Medicina.az xəbər verir ki, məlumatı REAL TV-yə aktyorun həyat yoldaşı Şəhla Bağırzadə təsdiqləyib.

Əməkdar artist Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyətinin də kifayət qədər ciddi olduğu bildirilir.

Şəhla Bağırzadə açıqlamasında dövlət tərəfindən bütün işlərin görüldüyünü, əməkdar artistin müalicəsinin Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətində olduğunu bildirib.

Qeyd edək ki, Bəhram Bağırzadənin ailə üzvlərindən COVİD-19 -la bağlı götürülmüş testlərin cavabı neqativ çıxıb. Yəni onlarda koronavirus aşkarlanmayıb.