Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bəhram Bağırzadənin ağciyərləri süni ventilyasiya aparatına qoşulub - Həkim danışdı

  • 2020.07.02 13:17
  • 1718 Baxış
Bəhram Bağırzadənin ağciyərləri süni ventilyasiya aparatına qoşulub  - Həkim danışdı

"Bəhram Bağırzadənin vəziyyəti ağır kimi qiymətləndirilir. Lakin son günlərdə daimi müsbət dinamika qeyd edilir. Hazırda ağciyərləri süni ventilyasiya aparatına qoşuludur".

Bu barədə "BakuPost"a Hospital rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev məlumat verib.Həkimin sözlərinə görə, Əməkdar artistin müalicə prosesi davam edir. "Ümid edək ki, qısa müddətdə daha sevindirici xəbərlər verəcəyik".

Xatırladaq ki, B.Bağırzadə vəziyyətinin kəskin pisləşməsi səbəbindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Ağciyər toxumasının 90 faizindən çoxunun zədələnməsi səbəbindən EKMO cihazına qoşulub.
İki gün isə o adıçəkilən cihazdan ayrılıb.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Dr. Rəşad Mahmudov onun dərmanlar vasitəsilə dərin koma vəziyyətində yatızdırıldığını, hələ ki, komadan oyandırılması cəhdi düşünülmədiyini demişdi.

Lakin bu gün aktyorun həyat yoldaşı onun ayıldığını, huşunun özündə olduğunu bildirib.