"Bəhram Bağırzadənin ümumi vəziyyətində son günlər müşahidə edilən müsbət dinamika saxlanılır".
Bu barədə "BakuPost"a Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev məlumat verib. Həkimin sözlərinə görə, huşu aydın, fəaldır. Əzələ zəifliyi qeyd edilsə də, artıq oturur aktiv hərəkətlərə cəhd edir.
"İkincili bakterial ağırlaşmalar və mədə-bağırsaq sistemində müşahidə edilən durğunluğa qarşı müvafiq tədbirlərin aparılması davam etdirilir".
Xatırladaq ki, B.Bağırzadə vəziyyətinin kəskin pisləşməsi səbəbindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Ağciyər toxumasının 90 faizindən çoxunun zədələnməsi səbəbindən EKMO cihazına qoşulub.
Bir neçə gün öncə o adıçəkilən cihazdan ayrılıb.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Dr. Rəşad Mahmudov onun dərmanlar vasitəsilə dərin koma vəziyyətində yatızdırıldığını, hələ ki, komadan oyandırılması cəhdi düşünülmədiyini demişdi.
Lakin bundna bir gün sonra aktyorun həyat yoldaşı onun ayıldığını, huşunun özündə olduğunu bildirib