İnsanın bütün orqan və toxumaları ilk öncə hüceyrələrdən yaranır və onlardan da ibarətdir. Bəzi hüceyrələr özlərini daim yeniləyir və fərqli hüceyrə tiplərinə çevrilir. Bu hüceyrələrə kök hüceyrələr deyilir. Əzələ və sinir hüceyrələri isə əksinə yenilənmir, çoxalmır. Ona görə bu orqanlar zədələndikdə çətinliklə bərpa olur.
İnsanın ömrü boyu onunla olan kök hüceyrələri doğulandan sona qədər ona yardım edə bilər. Körpədə kök hüceyrə minlərlə saydadır. İnsan yaşlandıqca kök hüceyrə ehtiyatı azalır, 60-70 yaşda daha az olur. Ona görə də yaşlı insanlarda zədələr, sınıqlar, yaralar lazımi qədər bərpa olmur. Çünki bərpa prosesi üçün kök hüceyrə çatışmır.
Kök hüceyrə bir çox xəstəliklərin, anadangəlmə qan xəstəlikləri, bəzi xərçəng xəstəlikləri, oynaqların degenerativ problemləri müalicəsində olduqca effektivdir.
Kök hüceyrələr – həm də ana hüceyrələrdir.
Ana hüceyrələr zədələnmiş bütün toxuma və orqanların yenilənməsində rol oynayır. Bölünə bilən quruluşları sayəsində, eyni növdən kök hüceyrələrin əmələ gəlməsində də rol oynayarkən eyni zamanda əzələ ya da qan hüceyrələrinə çevrilə bilirlər.
Kök hüceyrə insan hələ ana bətnində embrion olarkən yaranır və orqan toxumaları əmələ gətirir.
Embrionik kök hüceyrə olaraq tanınan bu hüceyrələrdən fərqli olaraq insan bədənində somatik hüceyrələr yer alır.
Kök hüceyrənin növləri
3 növ vardır: Totipotent, Multipotent, Pluripotent.
Totipotent hüceyrələr
Bu hüceyrələr plasenta və amnion kasası kimi embrion xarici toxumalara da çevrilmə qabiliyyətinə malikdir. Totipotent hüceyrələr inkişafın növbəti mərhələlərində pluripotent hüceyrələrə çevrilə bilirlər. Totipotent hüceyrələr embrionun ən erkən mərhələsindəki kök hüceyrələrdir.
Multipotent hüceyrələr
Multipotent hüceyrələr inkişafın növbəti mərhələsinə aid hüceyrələrdir və özəlləşmiş hüceyrə tiplərinə çevrilə bilirlər.
Pluripotent hüceyrələr
Totipotent hüceyrələr kimi bədənin bütün hüceyrələrinə çevrilməzlər. Pluripotent hüceyrələr embrionun blastokist mərhələsindən etibarən və fetusdan tapıla bilən hüceyrələrdir.
Tibbin inkişafı nəticəsində son illərdə piy toxumasindan və ya sümük iliyindən alınan kök hüceyrələrin, bir başqa insana nəqli sayəsində çox fərqli xəstəlik növü müalicə edilir.
Kök hüceyrələrə harada rast gəlinir
Yetkin kök hüceyrələri orqanizmdə bir çox toxuma və organda mövcuddur və mövcud olduqları nahiyyədəki hüceyrələrin zədələnməsi zamanı çoxalaraq zədələnmiş hissənin yenilənməsini təmin edir.
Göbək ciyəsindən əldə edilən kök hüceyrələr: göbək ciyəsi qanı kök hüceyrələri hamiləlik dövründə dölü anaya bağlayan umblikal ciyədən əldə edilirlər. Bu hüceyrələr, nə qədər erkən dövrdə əldə edilmiş olsalar da yetkin hüceyrə sinfinə aiddir və fərqli toxuma və hüceyrə əmələ gətirmə xüsusiyyətləri məhduddur.
Yetkin kök hüceyrələrinin iki vacib xüsusiyyətləri vardır
1 - özlərini uzun müddət kopyalama xüsusiyyəti, 2- isə xüsusi bir funksiyası və morfologiyası olan spesifik bir hüceyrəyə çevrilmə qabiliyyəti.
Bu hüceyrələr, plasenta olaraq adlandırdığımız dölü bəsləyən orqandan, göbək ciyəsindən və yetkin insanların bədənlərindən əldə edilə bilir.
KÖK HÜCEYRƏ İLƏ MÜALİCƏ OLUNAN XƏSTƏLİKLƏR:
_ Sümük qığırdaq xəstəlikləri
- Xərçəng xəstəlikləri
- İmmunitet zəifliyi
- Sümük ilyi xəstəlikləri
- İrsi qan xəstəlikləri
- Metobolik sindrom
-
Bəzi xəstəliklərin isə üzərində təcrübə və iş gedir.
Gələcəkdə bu xəstəliklər də kök hüceyrə ilə müalicə edilə bilər:
- Süd vəzi xərçəngi
- beyin şişləri
- Yumurtalıq xərçəngi
- Anemoyalar
- Ürək xəstəlikləri
- Nevroloji xəstəliklər
- İflic
- Sarkoma
- İmmun yetməməzliyi
Bakıda ilk kök hüceyrə mərkəzi
RegenStem Mərkəzi
ndə yağdan alınan kök hüceyrə ilə onlarla xəstəlik müalicə edilir.
Əlaqə telefonu:
050 309 77 87