Tibdə bədənin zəifləməsi əzələ itkisi və gücsüzlüyü hesab edilir. Bu vəziyyət hər bir insanda yarana bilər.
Əgər bu hal uzun müddə davam edirsə, istirahət, yuxudan sonra düzəlmirsə, bu problemin kökünü araşdırmaq lazımdır.
- İstənilən virus, infeksion xəstəlikdən sonra – xəstəliyin əks təsiri kimi
- Qida zəhərlənməsi, allergen təsiri, hər hansı qidaya dözümsüzlük- qlüten, laktoza keçirməzliyi. Bu zaman bağırsaqlara, toxumalarda iltihab çoxalır, ümumi zəiflik buna reaksiya kimi meydana çıxır
- Qalxanvari vəzinin müxtəlif xəstəlikləri: hiperterioz, hipotorioz, Haşimoto, hormon pozulmaları
- Lazımli vitamin mineralların kəskin defisiti – dəmir, fol turşusu, D vitamini, B qrup vitamini çatışmadıqda insan halsız olur
- Müxtəlif dietalar, az yemək, çox işləmək
Bədən zəifliyinin əlamətləri:
- Bədən hərarətinin normal 36,6-dan daim aşağı olmasl
- Yaxşı yata bilməmək və ya yuxululuq
- Başda sıxılma, ağrı, başgicəllənmə
- Diqqət yayqınlığı
- Tez yorulma, işləmək istəməmək
- Apatiya, əhvalın dəyişməsi, depressiya
- Əl-ayaqda gücsüzlük
Necə müalicə etməli:
İlk növbədə terapevtə gedib, baza müayinə, analizlərdən keçmək lazımdır. Yalnız həkim ciddi xəstəliklə bədənin ümumi yorğunluğunu ayırd edə bilər.
Daha sonra kardioloji, endokrinoloji müayinə lazımdır.
Çünki ürək xəstəliklərində də insan daim yorğun olur və yatmaq istəyir. Orqanizmdə hipoksiya gedir.
Men hardasa bir hefdediki halsizam basim gicelenir halim yoxdu evde ancaq uzaniram ureyim doyunur suretnen ayaglarim butun bedenim agrilar var esebim gergindi istahim yaxsidi herseyden kecmisem deyiler yaxsidi men nece edim allahim
Salam.Mənim sol qabırğamın alt hissəsində sıxıcı ağrı olur.Bugün kurt plastr belimə yapışdırdım .Biraz sonra ürəyim az qala gedəcəkdi, halım pisləşdi.36 yaşım var. Böyrəklərimdə də teztez daş səbəbiylə ağrılar olur. İndi də halım olmur.bunun səbəbi nədir?