Temperatur 35 dərəcəyə çatdıqda həddindən artıq isti hava dalğaları isti vurma, gün vurma, xəstəxanaya yerləşdirmə və ölüm riskinin artması ilə nəticələnə bilir.
Medicina.az xəbər verir ki, bədənimiz həddindən artıq qızdıqda böyrəklərimiz və ürəyimiz düzgün işləməyi dayandırır.
Üstəlik, yaşlandıqca insan orqanizminin istiliyi ötürmə qabiliyyəti azalır. Bu, onu isti vurmaya qarşı daha həssas edir.
İki yaş qrupu həddindən artıq istilərin təsirinə xüsusilə həssasdır: uşaqlar və 70 yaşdan yuxarı olan qocalar.
Bu yaxınlarda aparılan bir araşdırma, həmçinin ürək xəstəliyi olan yaşlı insanların üçdə birindən çoxunun bədənin normal fəaliyyəti ilə bağlı problemləri olduğunu və ürəyinin kifayət qədər oksigen almasının çətinləşdiyini üzə çıxarıb.
Xoşbəxtlikdən insan orqanizmi istiyə öyrəşə bilir. Təcrübələr göstərir ki, ardıcıl yeddi gün isti vanna qəbul etmək və 1,5 saat yüngül məşq etmək istiliyə dözümlülüyü artırır.
Mütəxəssislər ürək xəstəliyi olan yaşlı insanlar üçün fin saunaları ilə də təcrübə aparıblar. Onlar istiyə məruz qalma müddətini tədricən (10 dəqiqəlik iki seansdan, 15 dəqiqəlik iki seansa) artıra biliblər. Bundan əlavə, onlarda həddindən artıq tərləmə müşahidə edilib. Bu, istiliyə uyğunlaşmanın klassik əlamətidir.
Monreal Universitetinin dosenti Deniel Qanon isə isti ilə mübarizə aparmaq üçün bunları tövsiyə edib:
“Su ilə özünüzü sərinlətməyə çalışın. Kondisionerin temperaturunu 20 dərəcəyə deyil, 25 °C-ə təyin etmək tövsiyə olunur".
Aysel