Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bədənin bu nahiyəsində qaşınma bağırsaq xərçəngindən ola bilər

  • 2023.08.08 17:27
  • 1659 Baxış
Bədənin bu nahiyəsində qaşınma bağırsaq  xərçəngindən ola bilər
Anus nahiyəsi və ombalarda qaşınma 2 növ xərçəngdən ola bilər.


“Medicina” xəbər verir ki, onkoloq Aleksey Vorobyovun sözlərinə görə, intim bölgədə davamlı qaşınma sizə anal və ya bağırsaq xərçəngi barədə məlumat verə bilər.


"Qarın altındakı qaşınma anal və ya bağırsaq xərçənginin xəbərçisi ola bilər. Narahatlıq verən simptomlara səbəb olan ən çox görülən xərçəng növü anus xərçəngidir" -onkoloq qeyd edir ki, nəcisinizdəki və budunuzdakı hər hansı bir dəyişikliyə diqqət yetirərək, ciddi sağlamlıq problemlərini müəyyənləşdirməklə onların diqqətdən kənarda qalmasına imkan verməyib, erkən diaqnozun qoyulmasına kömək edə bilərsiniz. Onkoloq izah etdi ki, anal xərçəngə ən çox papillomavirus səbəb olur, yəni cinsi yolla ötürülən infeksiyalara yoluxma riski daha yüksək olan insanlarda bu xəstəliyə daha çox rast gəlinir.


“Tez-tez qaşınma bağırsaq xərçənginin xəbərçisi ola bilər. Bu vəziyyətdə qaşınma, sidiyə daha tez-tez ehtiyacı olmaq və ya ishal kimi digər göstəricilərə də malik ola bilər. Bundan əlavə, bağırsaq xərçəngi olan xəstələrdə nəcisdə qan da ola bilər ki, bu da anus nahiyəsində dərinin qıcıqlanmasına səbəb ola bilər”


Həkim onu da qeyd edir ki, hər kəs bağırsaq xərçəngi riski altında ola bilər və yaşlandıqca bu ehtimal artır. Lakin qaşınma mütləq xərçəng olduğunuzun zəmanətini vermir, çünki bu problem bir çox səbəblərdən də qaynaqlana bilər.

Bu qaşınmalara hemorroid, sancılar, anal çatlar, ədviyyatlı qidalar və ya yeməkdən qıcıqlanma, perianal bölgədə tərləmənin artması və ya sabun yaxud duş geli kimi gigiyena məhsullarına həssaslıq da daxil olmaqla geniş səbərlər var.

Xanım