Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Bədənimə allergiya verən qidalardan imtina etdim” - 21 kq arıqlayan məşhur müğənni

  • 2021.03.29 17:13
  • 2556 Baxış
“Bədənimə allergiya verən  qidalardan imtina etdim” -  21 kq arıqlayan məşhur müğənni

Rusiyanın məşhur müğənnisi Larisa Dolina pandemiya dövründə səfərlər və dostlarına qonaq gedərək, yeməkdə qadağaları pozduğundan çəkisi xeyli artmış, metabolik pozulma yaranmışdı.

Medicina.az xəbər verir ki, müğənni arıqlamaq üçün klinikada maddələr mübadiləsinin korreksiyası üçün analiz və müayinələrdən keçib.

Ona bildiriblər ki, bu vaxta qədər yediyi bir çox qidalar, meyvə və giləmeyvələr orqanizminə zərərlidir və metobolizmi pozub, bədəndə allergik fon yaradıb.

“Mənə qida siyahısı verdilər. Bir siyahıda qadağan olunan məhsullar, digərində icazə verilən qidalar. Bu vaxta kimi çox meyvə, giləmeyvə yeyirdim. Sən demə. mənə olmaz. Onlarda mənə düşməyən maddələr var.

Nə yeyirəm: mal ətindən başqa bütün növ ət, balıq, quş. Gündə 2 dəfə yeyirəm. Saat 15:00-dan sonra yemək olmaz. Çay yox, qəhvə içirəm.

Bu rejimə 20 gün ərzində öyrəşdim. İndi çox rahatam, çəkim də itib, daha geri qayıtmır. Bəzən uzun müddətli aclıq saatına keçirəm. maksimum 15-18 saat ac qalıram”.