Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bədənidə tüklə doğulan körpə görənləri təəccübləndirir - FOTO

  • 2020.02.07 15:26
  • 7066 Baxış
Bədənidə tüklə doğulan körpə görənləri   təəccübləndirir - FOTO
ABŞ-da doğulan körpə hər kəsin təəccübünə səbəb olub.

Medicina.az xarici mediaya istinadən xəbər verir ki, uşağı qeyri-adi edən onun bədənindəki tükləridir. Belə ki, körpənin çiyni,kürəyi, əl və ayaqları tüklü dünyaya gəlib. Üzündə isə saqqala bənzər xırda tüklər olub.

Lakin həkim qorxulu bir şeyin olmadığını bildirib. Onun sözlərinə görə, bu tibdə "lanugo" tükləri adlanır. Hamiləliyin 3-cü ayından başlayaraq ana bətnində olan dölün dərisini lanugo adlanan incə, piqmentsiz, kiçik tüklər örtür. Çox vaxt döl doğulana qədər, bəzən isə doğuşdan bir neçə həftə sonra lanugo tüklər tökülür.


Yeni doğulan körpənin digər özəlliyi isə onun döl kisəsi ilə birlikdə dünyaya gəlməsi olub. Döl kisəsi uşaq doğularkən yırtılır, lakin nadir hallarda körpələr döl qabığı ilə birlikdə doğulur.