Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bədəndən sarımsaq qoxusu gəlməsinin səbəbi

  • 2023.08.08 17:08
  • 1334 Baxış
Bədəndən sarımsaq qoxusu gəlməsinin  səbəbi
Bədəndən gələn xoşagəlməz qoxular bəzi xəstəliklərdən xəbər verə bilər.


“Medicina” xəbər verir ki, həkim Aleksandr Belova sözlərinə görə, bu qoxular qəbul edilən qida ilə bağlı olub zərərsiz olsa da, eyni zamanda sağlamlıq problemlərinə işarə edə bilər. Xüsusilə də, bu kəskin qoxu hiperqlikemiya və ketoasidozun inkişafı nəticəsində baş verə bilər. Bu xəstəlik diabetin ciddi və həyatı təhlükəli komplikasiyası nəticəsində yaranır.


“Diabetik ketoasidoz havada uçucu asetonun olması səbəbindən çürük alma qoxusunu buraxaraq, sürətli və dərin nəfəsalma ilə xarakterizə olunur".


Əlavə olaraq bədəndən gələn pis qoxunun həm kəskin, həm də xroniki olan böyrək çatışmazlığı səbəbi ilə də yaranma ehtimalı ola bilər. Böyrək çatışmazlığında böyrəklər qanın süzülməsi və zərərli maddələrin parçalanması da daxil olmaqla vacib funksiyaları yerinə yetirməyi dayandırır. Nəticədə qanda toksinlərin yığılması baş verə bilər ki, bu da bədənə ammonyak qoxusu verir.

“Qaraciyər xəstəliyi də xoşagəlməz bədən qoxusunun başqa bir səbəbidir. Xüsusilə bədəndən gələn sarımsaq qoxusu qaraciyər xəstəlikləri ilə bağlı ola bilər”.


Terapevt qeyd edir ki, qaraciyər düzgün işləmədikdə, toksinlər və digər zərərli maddələr sidikdə, tərdə və tənəffüsdə yığılır, sonra tər vəziləri vasitəsilə xaric olur. Eyni zamanda, tər xlor qoxusu da verə bilər. Belova əlavə etdi ki, ağır qaraciyər xəstəliyi olan insanlar nəfəslərində sarımsağın və ya bayat yumurta qoxusu hiss edə bilərlər.

Xanım