Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bədəndən gələn bu qoxular ciddi xəstəlikdən xəbər verir

  • 2023.09.13 15:40
  • 2018 Baxış
Bədəndən gələn bu qoxular ciddi xəstəlikdən  xəbər verir

Ailə həkiminin sözlərinə görə, nəfəsin, tərin qoxusu sağlamlığınızda baş verən ciddi dəyişiklikləri göstərən indikatorlardır.


“Medicina” xəbər verir ki, tər və ağız qoxusu heç də həmişə pis gigiyenadan qaynaqlanmır.

Terapevt Tatyana Zaxarova qoxuya görə diabet və Parkinson xəstəliyini fərqləndirməyi açıqlayıb.


“Bəzən nəfəsdən aseton, dırnaq ları qoxusu gəlir. Bu ciddi pozulma, məhz diabet, ən azı insulin dirənçinin əlaməti ola bilər. Bununla yanaşı digər əlamətlər, yorğunluq hissi, arıqlama, yaraların pis sağalması, qaşınma, sidiyə getmədir.


Əgər sizin nəfəsiniz və sidiyinizdən ammiak qoxusu gəlirsə, böyrəklərinizi yoxladın, çünki ammiak sidiklə ifraz olur.

Tərdən və sidikdən lax yumurta, sarımsaq qoxusu qaraciyərdə problem olduğunu göstərir.

Qolaltından çıxan tərdən də pis qoxu gəlməməlidir, tərdən ümumiyyətlə qoxu gəlmir, qoxu çoxlu bakteriya toplanması deməkdir, bədənə kəskin qoxu verən onlardır. Belə adamlarda göbələk çox olur.

Stress, gərginlik, yetkinlik dövrü, menopauzada bədən qoxusunda dəyişiklik olur.


Parkinson xəstəliyində isə xəstə burnunda qəribə qoxu hiss edir, nəsə axtarır, amma qoxunun mənbəyini tapmır. Buna Fantosmiya deyilir. Bu, Parkinsonun ən erkən əlamətidir”.

Aygün Musayeva