Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bədəndən dəmiri yuyub aparan 5 qida

  • 2023.09.11 14:34
  • 1658 Baxış
Bədəndən dəmiri yuyub aparan    5 qida
Dünyada əksər qadın və uşaqlarda dəmir defisitli anemiya var. Dəmir azlığı yorğunluq, saç tökülməsi, baş hərlənmə və bir sıra ciddi sağlıq problemləri yarada bilir.


“Medicina” xəbər verir ki, terapevt İrina Andreyeva dəmir defisitinin əlamət və səbəbini açıqlayıb.
“Əgər siz axşam gözünüz normal halda yatıb, səhər oyananda göz altında qara torbalar görürsüzsə, deməli, dəmir defisitiniz var.

Bu element hüceyrə tənəffüsündə vacib rol oynayır. Biz havanı ağciyərlərimizlə uduruq, hemoqlobin dəmir vasitəsilə birləşir və bütün hüceyrələrə oksigeni daşıyır.

80% hallarda dəmir azlığı qadınlarda olur. Buna səbəb menstrual prosesdir. Bəzi qidalar da var ki, onun mənimsənilməsini pozur, hətta bədəndən dəmiri çıxarır.

Qara tünd çay və qəhvə - dəmirin düşmənidir.

Bitki mənşəli tanin qidadan dəmirin sovrulmasını əngəlləyir. Ona görə bu içkiləri yeməkdən 2 saat sonra içə bilərsiz.

Eləcə də tam taxıldan olan ərzaqlardakı fitin turşusu da dəmiri özünə hopdurur. Qarğıdalı, düyü, bir çox yarmaları bişirməzdən əvvəl islatsaz, fitin azalar.

Eləcə də kakao, şokolad, ispanaq dəmiri azaldır”.

Aygün Musayeva