Maddələr mübadiləsini sürətləndirmək, kalori yandırmaq və əzələ kütləsini artırmaq üçün daha çox zülala ehtiyac var. Bununla belə, zülal təkcə bu baxımdan faydalı deyil, o, həmçinin diabet, infarkt və sair kimi ciddi xəstəliklərin qarşısını almağa kömək edir.
Zülal orqan sağlamlığı, toxuma formalaşması və əzələlərin təmirindəki roluna görə super qidaların mühüm tərkib hissəsi kimi önə çıxır. O, həmçinin sümük, dəri, əzələ və qığırdaqların formalaşmasında əsas element hesab olunur.
Medicina.az ən keyfiyyətli zülal mənbələrini təqdim edir:
-Toyuğun döş əti
- Hind toyuğu
-Tofu (soya pendiri)
- Qoz
- Tuna balığı
- Yumurta
- Püstə
- Yaşıl mərci
- Qara lobya
- Kinoa
- Süzmə
Aysel