Acqarına quru mixək qəbul etmək bağırsaqlarda və bədəndəki qurd sistləri, parazitləri məhv edir.
Bakupost.az xəbər verir ki, rusiyalı həkim Yuliya Şarova mixəyin digər faydalarını açıqlayıb.
Mixək həmçinin yüksək və zərərli mədə turşuluğunu da nizamlayır.
“Hər səhər 2-3 ədəd mixəyi ağızda sıyıq halına düşənə kimi yaxşıca çeynəyib udmaq lazımdır. Əgər orqanizmdə parazit sistləri varsa, onların qurda çevrilməsinə imkan vermək olmaz.
Bundan başqa, mixəyi südə və süd məhsullarına qatıb uşaqlara vermək lazımdır.
Çünki süd içdikdə orqanizmdə selik çoxalır, bu da allergiya, öskürək, burun axması yaradır. Əgər südə mixək atsanız, seliyin yaranmasının qarşısını alacaq və uşaqlar rahat olacaq”.
Aygün
BakuPost