Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bədəndəki piyləri əzələyə çevirən super qida

  • 2024.02.21 21:15
  • 1024 Baxış
Bədəndəki piyləri əzələyə çevirən super qida
İdmançıların vazkeçilməz qidası olan tahinin (küncüt əzməsi) faydaları saysız-hesabsızdır.

Medicina.az xarici mətbuata istinadən bildirir ki, mütəxəssislər tahini müntəzəm istehlak etdikdə xərçəngdən diabetə qədər bir çox xəstəliyin qarşısının alındığını və əzələ kütləsinin artdığını bildirirlər.

Qida dəyəri baxımından zəngindir

Tahin B1, B2, B3, B6, E vitaminləri, kalsium, dəmir, fosfor və kalium ehtiva edir. Bu sayədə qan dəyərlərinin normal səviyyədə olmasını təmin edir.


Faydalı yağlar ehtiva edir

Tərkibindəki faydalı yağlar sayəsində ürək sağlamlığını dəstəkləyir. Tahin pis xolesterini aşağı salaraq ürək-damar xəstəlikləri riskini azaldır.


Xərçəngin qarşısını alır

Küncüt bir çox xəstəliklərə, xüsusən də xərçəngə qarşı qoruyucudur.


Qan şəkərini tənzimləyir

Tahin tərkibindəki zülal və lif sayəsində qan şəkərini tənzimləməyə kömək edir. Qan şəkərini tarazlaşdırdığı üçün ürək-damar xəstəliklərindən də qoruyur.


Dəmirlə zəngindir

Dəmir qırmızı qan hüceyrələrinin istehsalı və bədəndə oksigenin daşınması üçün vacibdir. Buna görə də tahin istehlakı dəmir çatışmazlığı riskini azaldır.


Daha sağlam dəri üçün vacibdir

Tahin dəri sağlamlığını dəstəkləyən və antioksidan təsirləri ilə dərinin qocalmasını gecikdirə bilən E vitamini ilə zəngindir.


Əzələ və sinir sistemini dəstəkləyir

Tahin tərkibindəki maqneziumla əzələ və sinir funksiyalarını dəstəkləyir. Bundan əlavə, ehtiva etdiyi B vitaminləri də sinir sisteminin sağlamlığını qoruyur. Piyləri əzələyə çevirə bildiyi üçün xüsusilə idmançılar üçün əvəzolunmaz qidadır. Gündəlik bir qaşıq tahin istehlakının qısa müddətdə əzələ kütləsini artırdığı sübut edilib.


Həzm sisteminə faydalıdır

Tahin həzm sağlamlığını dəstəkləyən və bağırsaq hərəkətlərini yaxşılaşdıran liflə zəngindir.


İdeal çəkidə qalmağa kömək edir

Tahinin tərkibində toxluq hissini artıra bilən faydalı yağlar və zülallar var. Pəhriz prosesində istehlak edilən tahin arıqlamağı asanlaşdırır.


Gül