Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bədəndəki bu yaraları mütləq həkimə göstərmək lazımdır – Evdə müalicə olmaz

  • 2021.09.17 18:08
  • 5477 Baxış
Bədəndəki bu yaraları mütləq həkimə göstərmək lazımdır  – Evdə müalicə olmaz

Bəzən bədəndə elə yaralar olur ki, qısa müddətdə insanın ölümünə səbəb ola bilər.

Xəstə isə yaranı əhəmiyyətsiz sayıb, yodla, mazla sağalacağını güman edir.

Medicina.az xəbər verir ki, məşhur həkim Komarovskiy təcili həkimə göstərilməli yaralardan danışıb.

“İlk növbədə yarım saat ərzində qanaxması kəsməyən yaralarda təcili tibbi yardıma getmək lazımdır. Qanı 15 dəq ərzində kəsə bilmədizsə, vaxt itirməyin.

Kəsik, yara yerində güclü ağrı, dəhşətli qızarma, hissiyatın itməsi, keyimə də təhlükəli əlamətdir.

2 sm dərinliyi olan və ucları bir-birindən 7 mm aralı olan yaralar cərrahi tikilməlidir.

İt və küçə heyvanı dişləməsi, paslı dəmir, mismar, iş aləti kəsilməsi yaralarında da təcili xəstəxanaya getməli və müvafiq zərdab iynə vurulmalıdır.

Yaranın içində gözdən qalmış yad cisim, dəmir ucluq, şüşə və s. sonradan irinləməyə səbəb olur. Yara bitişsə də, bəzən o cisim qalır.

Mütləq onlar çıxarılmalıdır.

Yaranı evdə müalicə etməyə çalışdıqda, yaranın ətrafı qızarıb şişibsə və istidirsə, təcili cərraha gedin. Bu ikincili infeksiyadır”.