Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bədəndə şişləri böyüdən vitaminlər

  • 2023.09.05 16:39
  • 2614 Baxış
Bədəndə şişləri böyüdən vitaminlər
Orqanizmdə B, C və E vitaminlərinin normadan artıq olması və aşırı qəbul edilməsi xərçəngin yaranmasına səbəb ola bilər.

"Medicina" xəbər verir ki, ABŞ alimləri bəzi vitaminlərin orqanizmdə şiş proseslərini aktivləşdirdiyini sübut edib.


Xüsusən antioksidant təsirli vitaminlərin yüksək tərkibi daimi qan tədarükünə ehtiyacı olan şişlər də daxil olmaqla yeni qan damarlarının böyüməsinə səbəb olur. Bu da öz növbəsində qanda olan oksigenlə şişləri qidalandırır.

Tədqiqatçılar siçanlar üzərində daha bir neçə təcrübə aparıblar ki, bu da yalnız nəticələri təsdiqləyib. Məlum olduğu kimi, şişlərin böyümə sürəti antioksidantların dozasının artması ilə birbaşa bağlıdır.

Aygün Musayeva