Bədəndə, xüsusən ayaq və qollarda səbəbsiz və gec sağalan göyərmələr, qansızma və qançırlar müxtəlif səbəblərdən ola bilər.
Bakupost.az xəbər verir ki, səbəblərdən biri də qaraciyərdəndir.
Tibb elmləri namizədi Yekaterina Qerqesova belə göyərmələrin qanın laxtalanmasının pozulması ilə əlaqədar olduğunu da deyib.
“Aspirin, qandurulaşdırıcı və ibuprofen tərkibli dərmanlar qansızmaları artırır, kapilyarları partladır.Steroid dərmanlar isə dərini nazildir.Eləcə də xəstə qaraciyər buna səbəb ola bilər.
Bu o deməkdir ki, qaraciyər zədələnib, artıq kifayət qədər zülal sintezi ilə bacarmır, bu da qanın laxtalanmasını pozur.
Orqanizmdə K və C vitamini çatışmadıqda da damar divarları zədələnir, kollagen hasili azalır, damarlar tez partlayır.
Qaraciyəri yoxlatmaq üçün müəyyən analizlər vermək lazımdır.
Xüsusən hamilələrdə, uşaqlarda belə göyərmələrə diqqət yetirmək lazımdır”.