Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bədəndə qan dövranını artıran – 5 qida əlavəsi

  • 2023.07.18 16:19
  • 2239 Baxış
Bədəndə qan dövranını artıran  – 5 qida əlavəsi
Bədəndə həyat enerjisini artıran normal qan dövranının olmasıdır.


“Medicina” xəbər verir ki, orqanizimdəki hüceyrələrə, toxumalara və orqanlara əsas qida maddələrini çatdırmaq, həmçinin arzuolunmaz karbon qazı və tullantı məhsulları çıxarmaq üçün məsuliyyət daşıyır.

Qan axınını yaxşılaşdırmaq üçün aşağıdakı təbii əlavələri qəbul edə bilərsiniz:

Vitamin B3 - niasin kimi də tanınan B3 vitamini qan damarlarının işini yaxşılaşdırmağa və iltihabı azaltmağa kömək edir. Qan damarlarının iltihabı ateroskleroza və ya damarların divarlarında lövhə yığılmasına səbəb ola bilər.

Kversetin - aterosklerozla əlaqəli qan damarlarının divarlarının disfunksiyasını yaxşılaşdırdığı aşkar edilmiş bir antioksidantdır. 30 gün ərzində gündə bir dəfə soğan ekstraktı - 51 milliqram (mq) quercetin qəbul edən 23 sağlam kişi üzərində aparılan araşdırmada yeməkdən sonra qan damarları genişləndiyi görülüb.


Omega 3 yağ turşuları - dokzageksan turşu və ya DHA və eikosapentaenoik turşu və ya EPA azot oksidinin sərbəst buraxılmasını stimullaşdıran Omeqa-3 yağ turşularıdır. Azot oksidinin qan damarlarını rahatlaşdırdığı və qan axını yaxşılaşdırdığı aşkar edilmişdir.



Kapsaisin - çili bibərinin aktiv tərkib hissəsidir ki, bu da onlara xarakterik dad verir. O, qan damarlarında iltihabi kimyəvi maddələri azaldan, xolesterolu və qan təzyiqini aşağı salan kapsaisinoidlər adlı birləşmələr sinfinə aiddir.

Sarımsaq - sarımsaq doğrandıqda əmələ gələn allisin kimi antiinflamatuar maddə qan təzyiqi və xolesterin səviyyəsini aşağı salmağa kömək edir.

Günay Quluzadə