Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bədəndə ödem və şişkinlik nədir?

  • 2021.05.11 21:44
  • 13263 Baxış
Bədəndə ödem və şişkinlik nədir?


Ödem nədir? Ödem qanın maye hissəsinin damar divarından toxumalara sızması nəticəsində yaranan şişkinlikdir.Ödem üzdə,əllərdə,ayaqlarda ola bilər. Yaranma səbəbi isə ağır xəstəliklərdən,düzgün qidalanmamağa qədər çox genişdir.


Ürək xəstəlikləri–ürək çatışmazlığı zamanı ödem yarana bilər.Bu zaman ürəyin fəaliyyəti,yığılma gücü azaldığı üçün qanın orqanizmdə dövr etməsini təmin edə bilmir. Durğunluq yaranır və yerin cazibə qüvvəsinin də təsiri ilə ilk olaraq topuqlarda şişkinlik yaranmağa başlayır.Durğunluq davam edərsə ödem daha geniş nahiyələrə yayılır.

Böyrək xəsətəliklərində-böyrəklərin funksiyası pozulduqda, sidiklə zülal xaric olunduqda ödem yaranır.İlk olaraq ayaqda,həmçinin göz ətrafında və üzdə ödem müşahidə olunur.Bəzən ayaqlarda şişkinlik böyrək çatışmazlığının yeganə əlamətidir.

Qaraciyər sirrozunda–qaraciyərin zülal sintez etmək funksiyası pozulduqda qanın maye hissəsi damar divarından keçərək ayaqlarda,qarın boşluğunda toplanır.

Ayaqlarda venaların daralması və ya qapaqların funksiyasının pozulması zamanı ödem yarana bilər. Bu zaman şişkinlik daha çox diz ilə topuq arsındakı nahiyyədə (baldır) olur.

Müxtəlif dərmanların təsirindən yarana bilər: hormonal dərmanlar, bəzi təzyiq dərmanları.Hormonal dəyişiklik zamanı yarana bilər: Qalxanabənzər vəz xəstəlikləri,hamiləlik və mensturasiya zamanı

Düzgün olmayan qidalanma zamanı ödem müşahidə oluna bilər. Orqanizmə çox miqdarda turşu,duzlu qida qəbulu bədəndə mayeni saxlayıb ödem yaranmasına səbəb ola bilər.

Uzun müddət oturaq həyat keçirdikdə, uzun müddət eyni vəziyyət ayaq üstə dayandıqda, istinin təsirindən də ayaqlarda şişkinlik yarana bilər. Bunun qarşısını almaq üçün bir saatdan bir 5 dəqiqə hərəkət etmək, bədənin vəziyyətini dəyişmək lazımdır.

İnteqrativ təbabətdə ilk öncə ödemin səbəbi araşdırılır.

Zədələnmiş,funksiyası pozulmuş orqana uyğun müalicə tətbiq olunur.Qeyd etdiyimiz kimi bəzən ödemlər ağır xəstəliklərin görünən yeganə əlaməti ola bilər.Orqanizmdə olan hər kiçik dəyişikliyə diqqətlə yanaşmaq lazımdır.

Ətraflı məlumat üçün:
(012)430 89 89
050,055,070) 430 89 89