Wilson xəstəliyi qaraciyərdə, mərkəzi sinir sistemində və digər orqanlarda mis (Cu) ionlarının yığılması ilə müşahidə olunan, autosomal-ressesiv mis metabolizması xəstəliyidir. Xəstəliyin sıxlığı 1/5000 -1/30000 olub, populasiyadakı daşıyıcı sıxlığı 1/90 nisbətindədir.
Medicina.az Wilson xəstəliyinin klinik göstərilərini təqdim edir.
1. Hepatik - qaraciyərə bağlı
- Qaraciyər fermentlərində yüksəlmə
- Xronik hepatit
- Sirroz
- Fulminan hepatik zədə
2. Nevroloji
Dizartriya-Anartriya
Disfagiya
Tremor
Distoniya
Kognitiv pozğunluq
Parkinsonizm
Xoreya
Yerimə pozğunluqları
Yuxu pozğunluqları
3. Oftalmoloji
Kayser-Fleischer halqası
4. Psixoloji
- Depressiya
- Anksiyete
- Psixoz
5. Digər sistemlər
- Böyrək yetməzliyi, aminoasiduriya və böyrək daşı
- Kardiomiyopatiya, aritmiyalar
- Anemiya, trombositopeniya
Wilson xəstəliyində müalicənin ana hədəfi bədəndə çoxlu miqdarda olan misin bədəndən kənarlaşdırılması və ya miqdarının azaldılmasına dayanır. Wilson xəstəliyinin proqnozunda erkən diaqnoz çox böyük rol oynayır. Nevroloji və psixiatrik əlamətlər olduğu halda müalicə ilə bu əlamətlərdə yaxşılaşma müşahidə olunur, lakin qaraciyər sirrozu ilə bazal qangliyonlardakı degenerasiya geriyə dönməz bir prosesdir.
İlahə Musayeva - AFGEN diaqnoz mərkəzinin genetik mütəxəssisi
Mayinə və diaqnoz üçün AFGEN genetik mərkəzinə müraciət edə bilərsiz