Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bədəndə iltihabı sağaldır, arıqladır - Qırmızı bibər çayı

  • 2021.07.13 15:10
  • 3471 Baxış
Bədəndə iltihabı sağaldır, arıqladır   - Qırmızı bibər çayı


Acı bibər kalorisi az olan bir tərəvəzdir. Acı bibər yemək aclıq hissini azaldır və toxluq hissi yaradır. Tərkibindəki kapsaisin maddəsi mədə və bağırsaq fəaliyyətini sürətləndirdiyi, həzm sistemindəki qan dövranı sürətini artırdığı üçün beyinə toxluq siqnalları göndərir.


Medicina.az xəbər verir ki, acı bibər turşusu metabolizm sürətləndirici olaraq bilinir. Metabolizm sürətli çalışırsa, yedikləriniz tez bir zamanda enerjiyə çevrilərək bədəndən atılmasına kömək edir. Beləliklə, aldığınız kalorilər bədəninizdə yağ olaraq yığılmır.


Acı bibər şişlik azaldan və bədəndən artıq mayenin atılmasını təmin edən bir çox pəhriz növündə istifadə edilir. Acı bibər pəhrizi saxlayaraq artıq çəkinizdən qurtula bilərsiniz. Bu pəhriz 3 həftəlik bir pəhriz siyahısında az yağlı qidalarla saxlanır.



Acı bibər çayı


Lazım olanlar:

1 çay qaşığı qırmızı acı bibər

1 diş əzilmiş sarımsaq

1 dilim limon

1 stəkan isti su


Hazırlanması:

Suyun içərisinə acı bibər və sarımsaq əlavə edib 5 dəqiqə dəmlənməsini gözləyin, sonra süzün. İçərisinə limon əlavə edin. Zövqə görə bir çay qaşığı bal da əlavə etmək olar. Bu çay gündə 2 stəkan içilə bilər.


Bu çay tez yağ yandırma təsiri ilə metabolizmanı da sürətləndirir. Beləliklə, arıqlamağınızı təmin edir. Həzmi asanlaşdırır. Bel ağrılarının azaldılması üçün istifadə edilə bilər. Damar problemləri, sonsuzluq və sellülit əleyhinə məsləhət görülür. Xərçəngin qarşısını alır, soyuqdəyməni aradan götürür, qan dövranını sürətləndirir.