Herpes orqanizmdə illərlə yaşayan, bəzi hallarda residiv verən infeksion xəstəlikdir.
“Medicina” xəbər verir ki, həkim Polina Rajeva hansı hallarda herpesin bədən xaricinə çıxdığını açıqlayıb.
“Bir çoxları elə hesab edir ki, soyuqdəymə və qrip zamanı herpes çıxır. Amma səbəb təkcə qrip deyil.
Herpes ən güclü viruslardan biridir, infeksiyalı insandan öpüş, şəxsi əşyalar, cinsi əlaqə, selikli qişalar, ağız suyu, dəri təması ilə ötürülür.
Herpes bədəndə yatmış vəziyyətdə ola bilər.
Stress, bədənin soyuması, istilənməsi, günəş altında çox qaldıqda, immunitet zəiflədikdə üzə çıxıb xarakterik səpki ilə özünü göstərə bilər.
Əgər herpes səpkiləri ildə 5 dəfə və daha çox sayda çıxarsa, mütləq həkimə müraciət edib, infeksiya əleyhinə müalicə almaq lazımdır.
Herpes valideynlərdən uşaqlara keçə bilər.
Əgər herpes nadir halda çıxırsa və ağrılı deyilsə, sadəcə xaricən maz çəkmək və immuniteti möhkəmlətmək yetərlidir”.
Aygün Musayeva