Bir çox insanların bədənində, xüsusən əl-ayaqlarda səbəbsiz yerə, bir yerə toxunmadan göyərmələr, dərialtı qançırlar əmələ gəlir. Bİr neçə günə bu göyərmələr öz-özünə itir.
İnsanlar buna əhəmiyyət vermir, lakin bu göyərmələr səbəbsiz deyil.
Bakupost.az xəbər verir ki, rusiyalı hematoloq, tibb elmləri namizədi Svetlana Bıçkova və professor Nikolay Stuklov dəridəki göyərmələrin qanla bağlı təhlükəli məqamlarını açıqlayıb.
Onlar bildirib ki, bu vəziyyət xüsusən qadınlar üçün çox təhlükəlidir.
Əgər göyərmələr tez-tez, müntəzəm baş verirsə, bu qanla bağlı xəstəlik və damarların patologiyası ola bilər.
Göyərmələr müxtəlif səbəbdən və fərqli xarakterdə ola bilər.
"Hətta bu bəzən göyərmə yox, petexiya ola bilər. Eləcə də dərialtı qansızmalar trombositopeniya əlaməti də olur, bu zaman kapilyar damarların divarı partlayır, qan kənara sızır.
Belə hallar əvvəllər adi olub, sonra gedişatı kəskinləşə bilər.
Bədənində səbəbsiz göyərmələr olan insanlar mütləq hematoloqda qan yoxlamasından keçməlidir.
Qadınlar xüsusilə diqqətli olmalıdır. Çünki onlarda bu əlamət hipokoaqulyasiya və Villebrand xəstəliyinin əlaməti ola bilər.
"Hamiləlik və doğuşa yaxın və sonra belə hallar təkrarlana bilər. Qadınlar maksimum ehtiyatlı olmalıdır. Bu onlar üçün həyati
təhlükəlidir".
Aygün Musayeva
BakuPost