Orqanizmdə gənclik hormonunun istehsalını yaxşılaşdırmaqla ömrünüzü 10 – 15 il uzada bilərsiz.
“Medicina” xəbər verir ki, somnoloq-ekspert Andrey Kalinkin sözlərinə görə, orqanizminizdəki melatonin ehtiyatını artırmaqla buna nail olmaq mümkündür.
Sevinc hormonu, yaxşı əhval-ruhiyyəmiz və rifahımız üçün cavabdeh olan hormon melatonin adlanır. Bu, insan orqanizmi tərəfindən istehsal olunan təbii bir hormondur.
Melatoninin ən aktiv şəkildə istehsal olunduğu vaxt gecəyarı saat 2-dən səhər 6-ya qədərdir. Yəni, nə qədər tez yatıb tez oyansanız, bədəninizdə sevinc, gənclik və sağlamlıq hormonu bir o qədər yaxşı istehsal olunacaq.
Bədənin bütün ehtiyatlarının hüceyrə səviyyəsində yenilənməsi gecə baş verir.
Melatonin təkcə yuxuda deyil, tərkibində kifayət qədər yüksək melatonin olan qidalar da var. Məsələn: bişmiş kartof, balıq, dəniz məhsulları, badam, fıstıq, yumurta, toyuq əti, süd, banan, xurma, tərəvəz, toxum, yulaf ezmesi və s.
Həmçinin axşam saatlarında qəhvə və çay içməməyə çalışın, çünki içkilər yuxunun keyfiyyətinə təsir edə bilər.
Günay Quliyeva